ABŞ Prezidenti Donald Tramp Suriyada baş verən silahlı hücumda 3 ABŞ vətəndaşının həlak olması ilə bağlı açıqlama verib. Tramp bildirib ki, hücum nəticəsində 2 ABŞ əsgəri və 1 mülki tərcüməçi həyatını itirib.

Tramp sosial media hesabında paylaşım edərək qeyd edib ki, hücum Suriyanın tam nəzarət olunmayan və təhlükəli bölgəsində ABŞ və Suriya qüvvələrinə qarşı İŞİD tərəfindən həyata keçirilib. O, hadisə zamanı yaralanan 3 ABŞ əsgərinin vəziyyətinin stabil olduğunu bildirib.
ABŞ Prezidenti açıqlamasında Suriya Prezidenti Əhməd Şaranın hücumdan son dərəcə qəzəbli və kədərli olduğunu vurğulayıb və əlavə edib: “Çox ciddi qisas olacaq”.
Hadisə ilə bağlı ABŞ və beynəlxalq koalisiya tərəfindən araşdırmaların davam etdiyi bildirilir.
Mənbə: Sözcü
Tərcümə etdi: Piranə Xasiyeva
