ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) açıqlamasına görə, Suriyada İslam Dövləti (İŞİD) silahlısının təşkil etdiyi pusqu zamanı iki ABŞ əsgəri və ABŞ vətəndaşı olan mülki tərcüməçi həlak olub.

Rəsmilərin bildirdiyinə görə, hücum nəticəsində daha üç ABŞ hərbi qulluqçusu yaralanıb. Həmin hücum zamanı silahlı şəxs “zərərsizləşdirilərək öldürülüb”. Suriyanın dövlət mediası isə hücum nəticəsində iki suriyalı təhlükəsizlik əməkdaşının da yaralandığını xəbər verib.
ABŞ Prezidenti Donald Tramp sosial şəbəkədəki paylaşımında hadisəni ABŞ və Suriyaya qarşı “İŞİD hücumu” adlandırıb və “çox ciddi cavab tədbirləri” görüləcəyini bəyan edib. Suriya hökuməti də hücumu pisləyən rəsmi bəyanat yayıb.
"CENTCOM"un məlumatına əsasən, həlak olan şəxslərin adları onların yaxın qohumları məlumatlandırılana qədər 24 saat ərzində açıqlanmayacaq.
"CENTCOM" X sosial platformasında yaydığı açıqlamada hücumun “yalnız hərəkət edən İŞİD silahlısının pusqusu” nəticəsində baş verdiyini bildirib. Pentaqon rəsmisi isə ilkin qiymətləndirmələrə görə, hücumun ehtimal olunduğu qədərilə İŞİD tərəfindən həyata keçirildiyini qeyd edib.
Böyük Britaniyada yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupu hücumçunun Suriya təhlükəsizlik qüvvələrinin üzvü olduğunu iddia edib.
Hadisəyə görə məsuliyyəti heç bir qrup üzərinə götürməyib və silahlının kimliyi açıqlanmayıb.
Pusqu ölkənin mərkəzində yerləşən Palmira şəhərində, ABŞ əsgərlərinin “əsas liderlə görüş” həyata keçirdiyi vaxt baş verib. Bu barədə Pentaqonun sözçüsü Şon Parnell məlumat verib.
O əlavə edib ki, hadisə hazırda araşdırılır.
Pentaqon rəsmisi bildirib: “Bu hücum Suriya prezidentinin nəzarətində olmayan bir ərazidə baş verib”.
Donald Tramp, həmçinin yaralanan üç ABŞ əsgərinin vəziyyətinin yaxşı olduğunu qeyd edib.
Mənbə: BBC News
Tərcümə etdi: Emiliya Vəlicanova
