Bu gün:

Berlində Kiyev diplomatiyası


ABŞ prezidenti Donald Trampın Ukrayna münaqişəsinin həlli ilə bağlı 28 bənddən ibarət planının müzakirəsi davam edir.

Bu gün və sabah Berlində ABŞ-nin xüsusi nümayəndəsi Stiv Vitkoff və Trampın kürəkəni Cared Kuşnerin Ukrayna lideri Vladimir Zelenski ilə görüşü planlaşdırılıb. Sabah Zelenskinin Almaniya, Fransa, Böyük Britaniya, Avropa İttifaqı və NATO liderləri ilə görüşdə iştirak edəcəyi gözlənilir. Görüşlərdən əvvəl Rusiyanın Ukraynanı məhv etmək istədiyini bildirən Zelenski ötən axşam Rusiyanın enerji infrastrukturuna hücumu nəticəsində minlərlə insanın işıqsız qaldığını vurğulayıb.

AFP agentliyinin məlumatına görə, Trampın Ukrayna ilə bağlı son təklifi Kiyevin 2027-ci ilin yanvarında Aİ-yə qoşulmasını nəzərdə tutur. Normalda Aİ-yə üzvlük illərlə davam edən prosesdir. Bütün tərəflər üzvlüyünü təsdiq etməli olduğu halda, Macarıstan Ukraynanın potensial üzvlüyünə Rusiyanın daha çox reaksiya verəcəyi, kənd təsərrüfatı sektorunda rəqabət yaradacağı və Aİ fondlarına əlavə yük qoyacağı səbəbi ilə qarşı çıxır.

Mənbə: Hürriyet

Tərcümə etdi: Banuçiçək Qurbanova

Paylaş
Şərh əlavə et