Bakıda keçirilən veteran stolüstü tennisçilər arasında turnirin qalibləri dəqiqləşib.

24media.az xəbər verir ki, Azərbaycan Stolüstü Tennis Federasiyasından (ASTF) məlumat yayılıb.
Qadınların yarışında Tatyana Aliulinanın 1-ci yeri tutub, Svetlana Kayumova ikinci, Nərgiz Daşdəmirova isə üçüncü olub.
40-49 yaş kateqoriyasında kişilər arasında Vaqif Məmmədov qalib gəlib. Mahir Cəbiyev ikinci, Orxan Əliyev isə üçüncü yeri tutub. 50-59 yaş kateqoriyasında Elşad Vahidov birinci olub. Digər mükafatçı yerləri Yaşar Mövlanov və Əli Heydərli tutublar.
Qeyd edək ki, turnirdə təxminən 60 veteran stolüstü tennisçi müxtəlif yaş kateqoriyalarında qələbə uğrunda mübarizə aparıb.
Aminə Paşazadə
