Bu gün:

Azərbaycan–Özbəkistan mədəni əməkdaşlığında ilk iclas


Özbəkistanın Mədəniyyət Nazirliyinin rəhbər heyəti, tanınmış incəsənət nümayəndələri və aparıcı bədii kollektivləri Azərbaycana səfərə gəlib.

24media.az xəbər verir ki, Azərbaycan Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, səfər 14-20 dekabr tarixlərində Azərbaycanda keçiriləcək Özbəkistan Mədəniyyəti Günləri çərçivəsində baş tutub və sabah Özbəkistan-Azərbaycan birgə Mədəniyyət Komissiyasının ilk iclası keçiriləcək.

Qeyd edək ki, Birgə Mədəniyyət Komissiyasının yaradılması mədəni əməkdaşlığın institusional səviyyədə genişlənməsinə imkan verəcək.

Aminə Paşazadə

Paylaş
Şərh əlavə et