Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ tərəfindən irəli sürülmüş sülh planını tam şəkildə qəbul etməyib, lakin təklifi dəyişikliklər apararaq müzakirə etməyə açıq olduğunu bildirib.
O, müharibənin dayandırılmasının Ukraynanın suverenliyi və təhlükəsizlik maraqları çərçivəsində mümkün ola biləcəyini vurğulayıb.
Zelenski işğal olunmuş ərazilərlə bağlı hər hansı qərarın yalnız xalqın iradəsinə əsaslanmalı olduğunu qeyd edərək beynəlxalq tərəfdaşlarla danışıqları intensivləşdirib. Ekspertlər hesab edirlər ki, bu yanaşma Ukraynanın mövqeyini qoruyaraq sülh danışıqlarında manevr imkanlarını genişləndirir.
Mənbə: wsj.com
Tərcümə etdi: Aylin Bayraməliyeva
