Bu gün:

Azərbaycan və Pakistan XİN rəhbərləri regional məsələləri müzakirə ediblər


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar ilə görüşüb.

24media.az-a görə, bu barədə İshaq Dar “X” sosial şəbəkəsində paylaşım edib.

Görüş Birləşmiş Ərəb Əmirliklərində keçirilən Sir Bani Yas Forumu çərçivəsində baş tutub. Tərəflər regional və ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Talehə Hüseynzadə

Paylaş
Şərh əlavə et