Kamboçya ABŞ Prezidenti Donald Trampın əvvəlcə atəşkəs razılaşması elan etməsinə baxmayaraq, şənbə günü iki qüvvə arasında döyüşlər davam etdiyi üçün Taylandla olan sərhəd keçidlərini bağlayıb.
Kamboçyanın Daxili İşlər Nazirliyinin məlumatına görə, keçidlər əlavə bildiriş verilənə qədər bağlı qalacaq.
Bundan əvvəl Taylandın Baş Naziri Anutin Çarnvirakul Trampa atəşkəsin yalnız Kamboçya bütün qüvvələrini geri çəkib mina sahələrini təmizlədikdən sonra mümkün olacağını bildirdiyini deyib.
Mənbə: BBC News
Tərcümə etdi: Nərmin Nəcəfova
