Bu gün:

Azərbaycan İstanbulda keçirilən Beynəlxalq Kitab Sərgisində təmsil olunur


İstanbulda 42-ci Beynəlxalq Kitab Sərgisinin rəsmi açılış mərasimi keçirilib. Azərbaycan sərgidə ölkəmizin nəşriyyatlarının iştirakı ilə bədii, tarixi və digər müxtəlif janrlarda ədəbiyyat nümunələri ilə təmsil olunur.

24media.az xəbər verir ki, tədbir TÜYAP Sərgi və Konqres Mərkəzində “Ədəbiyyatın hər halı” mövzusu ilə keçirilir. Sərgidə Mədəniyyət Nazirliyi və Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən stend qurulub. Stenddə Ümummilli Lider Heydər Əliyevin vəfatının 22-ci ildönümünə həsr olunmuş guşə yer alıb.

Sərgidə Azərbaycanla yanaşı, ümumilikdə 14 ölkədən 74 nəşriyyat iştirak edir. Dekabrın 17-dək davam edəcək sərgi çərçivəsində təqdimat və imza mərasimləri nəzərdə tutulur.

Talehə Hüseynzadə

Paylaş
Şərh əlavə et