Bu gün:

Suriyadakı ABŞ əsgərləri atəşə tutulub


Suriya ordusunun və ABŞ-nin rəhbərlik etdiyi koalisiya qüvvələrinin Suriyanın mərkəzində yerləşən Palmira qəsəbəsində patrul aparan karvanı atəşə tutulub. Bir neçə ABŞ əsgəri yaralanıb.

Suriyanın dövlət xəbər agentliyi SANA Palmiradakı insidentdə iki Suriya təhlükəsizlik işçisi və bir neçə ABŞ əsgərinin yaralandığını, hücum edənin isə öldürüldüyünü bildirib. Hesabatda Deyr əz-Zor-Dəməşq beynəlxalq yolunun müvəqqəti olaraq nəqliyyat üçün bağlandığı və yaralı əsgərlərin Suriyanın cənubundakı Tanefdəki ABŞ hərbi bazasından təxliyyə edildiyi, hücumdan sonra bölgədə təhlükəsizlik tədbirlərinin artırıldığı, koalisiyaya məxsus hərbi helikopter və döyüş təyyarələrinin Palmira üzərində intensiv döyüş əməliyyatları apardığı da qeyd edilib.

Mənbələr hücumun İŞİD terror təşkilatının üzvləri tərəfindən törədildiyini iddia edir.

ABŞ hələlik hadisə ilə bağlı rəsmi açıqlama verməyib.

Mənbə: Habertürk

Tərcümə etdi: Banuçiçək Qurbanova

Paylaş
Şərh əlavə et