Tayvanın Chiayi şəhərində baş tutacaq 2026-cı il Tayvan Fənər Festivalına hazırlıqlar başlayıb. Bu il festival çərçivəsində "Super Mario" mövzusunda hazırlanmış iri ölçülü işıq fənərləri və vizual instalyasiyalar nümayiş olunacaq.

Təşkilatçıların verdiyi məlumata görə, layihə ənənəvi Tayvan mədəniyyəti ilə müasir pop-mədəniyyət elementlərini birləşdirərək festivalın beynəlxalq auditoriya üçün daha cəlbedici olmasını hədəfləyir. Xüsusilə ailələr və gənclər üçün nəzərdə tutulan bu konsepsiya turist axınının artmasına töhfə verəcək.
Qeyd edək ki, Tayvan Fənər Festivalı hər il minlərlə yerli və xarici turistin iştirakı ilə keçirilir və regionun ən böyük mədəni tədbirlərindən biri hesab olunur.
Mənbə: taipeitimes
Tərcümə etdi: Zəhra Məlikova
