ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsinin həllində əhəmiyyətli irəliləyişin olduğunu bildirib.

24media.az xəbər verir ki, Trump bu fikirləri ABŞ-nin 1980-ci il Olimpiya çempionu olmuş milli xokkey komandasının üzvlərinə fəxri medalların təqdimatı zamanı səsləndirib.
"Biz çox iş gördük, səkkiz müharibəni dayandırdıq. Hələ bir müharibə qalıb, mən isə bunun həllinin asan olacağını düşünürdüm, bu, Rusiya – Ukrayna müharibəsidir. Amma biz böyük irəliləyiş əldə etmişik", - o deyib.
Tramp qeyd edib ki, hazırda razılaşmanın əldə edilib-edilməyəcəyi üzərində işləyir.
Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi Rusiya-nın 24 fevral 2022-ci il tarixində Ukraynaya genişmiqyaslı hücum etməsi ilə başlayıb və bu tarixdən bəri davam edir.
Aminə Paşazadə
