Bu gün:

ABŞ-də Azərbaycanın enerji rolu dəyərləndirilib


Azərbaycan və ABŞ arasında enerji tərəfdaşlığının yeni mərhələdə inkişafı istiqamətində məhsuldar müzakirələr aparılıb.

24media.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında qeyd edib.

Müzakirələr P.Şahbazovun Amerika Birləşmiş Ştatlarının energetika naziri Kris Rayt ilə görüşündə baş verib.

"Neft və qaz resurslarının beynəlxalq bazarlara çıxarılmasında Azərbaycanın rolu, Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Dəhlizlərinin inkişafı və əməkdaşlıq perspektivlərini dəyərləndirdik", - deyə nazir bildirib.

Qeyd edək ki, Azərbaycan hazırda 12 ölkəyə təbii qaz ixrac edir. Onlardan 10-u Avropa ölkəsidir.

Aminə Paşazadə

Paylaş
Şərh əlavə et