Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi baş verib. Yük maşını piyadanı vuraraq öldürüb.

Reportun yerli bürosunun məlumatına görə, 24media.az xəbər verir ki, hadisə Bakı-Quba yolunun Yaşma bağları adlı yaşayış massivi ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata əsasən, yük avtomobili yolu keçən piyadanı vurub. Nəticədə piyada aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Piyadanı kimliyi hələlik müəyyən deyil. Faktla bağlı araşdırma aparılır.
Səidə Abasova
