Bu gün:

"Qalatasaray" İcardi ilə bağlı açıqlama yayıb


"Qalatasaray"ın prezidenti Dursun Özbek mətbuat konfransı zamanı Mauro İcardi ilə bağlı iddialara sərt reaksiya verib. Özbek şayiələri qəti şəkildə təkzib edərək, "Qalatasarayın İcardi ilə nə problemi ola bilərdi?",-deyə qeyd edib.



"Qalatasaray"ın prezidenti Dursun Özbek mətbuat konfransında cari məsələlərə münasibət bildirib və mövsümün sonunda müqaviləsi bitəcək Mauro İcardi ilə bağlı diqqətçəkən açıqlamalar verib. Özbek argentinalı ulduzla bağlı yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini vurğulayıb.


İcardi ilə bağlı iddialara cavab verən Dursun Özbek, "Bizə hər tərəfdən hücum edilir. Heç bir əlaqəsi olmadığı halda bu xəbərlər tirajlanır və klub daxilində belə bir münaqişə yoxdur. İcardinin Qalatasarayla nə problemi ola bilər?


İcardinin Qalatasaray üçün əhəmiyyətini vurğulayan Özbək argentinalı hücumçunun son illərdəki töhfəsinin danılmaz olduğunu bildirib. Özbek, "İcardi bizim ən vacib oyunçularımızdan biridir. Son üç mövsümdə xidmət etdiyini kim inkar edə bilər? O, çox ciddi zədə aldı və biz onun sağalmasını bir ilə yaxındır gözləyirdik və getdikcə yaxşılaşır. O, "Qalatasaray"ın simvoluna çevrilib".


Prezident Özbek, "Qalatasaray"ın qəsdən hədəf alındığını müdafiə edərək, "Qalatasarayı bu qədər vəfasız göstərmək kimin maraqlarına xidmət edir? Qalatasarayı aşağı çəkmək üçün hər kəs əlindən gələni edir. Bunların heç biri bizə təsir etməyəcək. Biz doğru olduğuna inandığımız yolda irəliləyirik, uğura köklənirik".


Əsassız xəbərlərlə cəmiyyət içində nifaq salmağa cəhdlər edildiyini bildirən Özbək, "Qalatasarayı absurd xəbərlərlə dağıtmaq istəyirlər, amma heç kim Qalatasarayı poza bilməz. Xəbəri yayarkən hər kəs diqqətli olmalıdır. Qalatasaray birdir",-deyib.


Sözlərini ümidverici sözlərlə yekunlaşdıran Dursun Özbek, "Heç kim narahat olmasın. Qalatasaray mövsümün sonunda hədəflərinə çatacaq və azarkeşlərini sevindirəcək",-deyib. 


Mənbə: Haberler

Tərcümə etdi: Banuçiçək Qurbanova

Paylaş
Şərh əlavə et