Bu gün:

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri təşkil olunacaq


Azərbaycanda 13-20 dekabr tarixlərində Özbəkistan Mədəniyyəti Günləri keçiriləcək.

24media.az xəbər verir ki, bu barədə Özbəkistan Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, "Mədəniyyət günləri çərçivəsində 13-20 dekabr tarixlərində Bakıda və Füzulidə incəsənət ustalarının iştirakı ilə konsert proqramlarının, həmçinin "Yeni Özbəkistan" adlı fotosərginin təşkil olunması planlaşdırılır".

Qeyd edək ki, 2023 və 2024-cü illərdə Azərbaycanda, Özbəkistanda qarşılıqlı mədəniyyət günləri və media forumları keçirilib -bu, ölkələr arasındakı dostluq münasibətlərinin davamlı artdığını göstərir.

Aminə Paşazadə

Paylaş
Şərh əlavə et