Bu gün:

Ukrayna Rusiyaya məxsus neft tankerinə zərbə endirib


Ukraynanın Təhlükəsizlik Xidməti (SBU) və Donanması Qara dənizdə Rusiyanın “kölgə filosu”na aid olduğu iddia edilən “Dashan” adlı neft tankerinə pilotsuz uçuş aparatları ilə hücum həyata keçirib. CNN-in məlumatına görə, hücum nəticəsində tankerdə bir neçə partlayış baş verib və gəmi ciddi şəkildə zədələnib.

Hadisə Ukraynanın Rusiyanın enerji logistikası və dəniz tədarük marşrutlarına qarşı təzyiqlərini artırdığı bir vaxtda baş verib. “Kölgə flosu” adlandırılan bu tanker şəbəkəsi Qərb sanksiyalarından yayınmaq üçün istifadə olunduğu iddia edilən gəmi qruplarını əhatə edir.

Ukrayna rəsmiləri hücumun məqsədinin Rusiyanın enerji təchizat zəncirinə zərbə vurmaq olduğunu bildirir. Hadisə ilə bağlı Moskva tərəfindən hələlik rəsmi açıqlama verilməyib.

Mənbə: CNN

Tərcümə etdi: Ətirə İbayeva

Paylaş
Şərh əlavə et