Son onillikdə beynəlxalq aşpazlar Fransanın ən nüfuzlu kulinariya yarışlarında ardıcıl olaraq qələbələr qazanırlar. Bu il isə ilk dəfə olaraq dünyanın ən yaxşı köpüklü şərabı titulunu Fransaya məxsus olmayan ingilis şərabı əldə edib.

Son on ildə beynəlxalq aşpazlar Fransada keçirilən ən nüfuzlu kulinariya yarışlarında davamlı olaraq irəlidədirlər. Bu il isə İngiltərənin Nyetimber Zavodunun "Blanc de Blancs 2016" şərabı dünyanın ən yaxşı köpüklü şərabı seçilib. 34 illik tarixdə ilk dəfə Fransaya məxsus olmayan şərab bu titulu qazanıb.
Buna baxmayaraq mütəxəssislər "Bu tendensiyanın fransız kulinariya texnikalarının qlobal nüfuzunun hələ də böyük olduğunu göstərməsidir,"- deyə bildiriblər. Fransanın qastronomik mədəniyyəti dünyanın müxtəlif ölkələrindən gələn ustalar üçün hələ də əsas referansdır.
Mənbə: BBC
Tərcümə etdi: Nərmin Məmmədzadə
