Antarktikada buz örtüyünün altında itmiş sualtı robot səkkiz ay sonra geri qayıdıb və daha əvvəl əldə olunmamış okean məlumatlarını gətirib.
Robot Şərq Antarktikadakı Denman və Shackleton buzlaqlarının altına daxil olub və uzun müddət əlaqəsi kəsilib. Səkkiz ay keçəndən sonra suyun üzərinə çıxıb və alimlərə buzlaq altındakı dərin sular haqqında yeni ölçmələr təqdim edib. Robot həmin müddət ərzində suyun temperaturunu, duzluluğunu, təzyiqini, oksigen səviyyəsini, pH göstəricisini və nitrat miqdarını ölçüb və bütün bu məlumatları yaddaşında saxlayıb. Daha sonra səthə çıxıb və toplanmış məlumatları elm adamlarına ötürüb. Alimlər bu göstəriciləri analiz edib və Antarktida buzlaqlarının altındakı su axınları barədə indiyə qədər mövcud olmayan məlumatlar əldə edib. Bu məlumatlar buzlaqların necə əridiyini, hansı sürətlə dəyişdiyini və gələcəkdə dəniz səviyyəsinə necə təsir göstərə biləcəyini anlamağa ciddi töhfə verib. Robotun gətirdiyi nəticələr Antarktidanın buz örtüyünün sabitliyi və qlobal iqlim dəyişiklikləri ilə bağlı yeni elmi nəticələr ortaya çıxarıb.
Mənbə: Haberglobal
Tərcümə etdi: Turqut Ansari
