Bu gün:

Tramp Ukrayna müharibəsini anlayan yeganə Qərb lideridir


Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, ABŞ prezidenti Donald Tramp Ukraynada müharibəni qaçılmaz edən səbəbləri anlayan yeganə Qərb lideridir.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya parlamentinin yuxarı palatası Federasiya Şurasına müraciət edərək, Rusiya-Ukrayna münaqişəsi və müharibə ilə bağlı diplomatik proseslərlə bağlı açıqlamalar verib.

Lavrov ABŞ prezidenti Donald Trampın Ukrayna böhranının altında yatan səbəbləri anlayan yeganə Qərb lideri olduğunu vurğulayaraq, Vaşinqton administrasiyasının Avropa Birliyinin (Aİ) Ukrayna ilə bağlı mövqeyinə getdikcə səbirsizləşdiyini qeyd edib.

Rusiyalı nazir deyib: "Əvvəlcə dediyim kimi, prezident Tramp yanvar ayında Ağ Evə daxil olarkən, Ukraynadakı müharibəni qaçılmaz edən səbəbləri başa düşən yeganə Qərb lideridir. Bütün bu hekayə indi kulminasiya nöqtəsinə çatır. Həmçinin diqqətəlayiq haldır ki, prezident Tramp vəziyyəti təhlil etdikdən sonra Rusiyanın müəyyən etdiyi fundamental səbəblərin aradan qaldırılmasının vacibliyi ilə razılaşır və bu, hazırda aktiv şəkildə müzakirə olunur. Belə görünür ki, Tramp bu vəziyyətdə insan haqlarına əhəmiyyət verən yeganə Qərb lideridir”.

Lavrov ABŞ-nin Rusiyaya qarşı sanksiyalarına da toxunub, Trampın sələfi, keçmiş ABŞ prezidenti Co Baydenə qarşı ittihamlarını xatırladıb.

Trampın "Bayden rəhbərliyi qlobal miqyasda dollara inamı azaldıb və BRİKS ölkələrini fərqli ödəniş mühitlərinə doğru itələyib" ifadələrinə diqqət çəkən Lavrov, "Təbii ki, Bayden və sanksiyalar tək günahkar deyil. Tramp mövcud sanksiyaları qaldırmağa tələsmir; əslində vəziyyəti daha da gərginləşdirir",-deyib.

Qərb ölkələrinin Ukrayna ilə bağlı konsensus olmadığını iddia edən Lavrov, Avropanın Ukraynada sülhün bərqərar olmasını gecikdirdiyini qiymətləndirib. Rusiyalı nazir bəyan edib ki, "Avropa sülhün bərqərar olmasına mane olur. Onlar Ukrayna prezidenti Zelenskiyə və onun rejiminin üzvlərinə "son ukraynalıya qədər vuruşmaq” üçün yumurtlayırlar. Düzdür, çünki onların pulu qalmayıb”.

Avropa ölkələrindən Rusiyanın dondurulan varlıqlarından istifadə çağırışlarını xatırladan Lavrov əlavə edib: “Onlar bu müharibəni Rusiyanı soymaqdan, beynəlxalq və kommersiya hüququnun hər ağla gələn normasına zidd olaraq qızıl-valyuta ehtiyatlarımızı ələ keçirməkdən başqa bir şəkildə maliyyələşdirə bilməzlər”.

Lavrov: "Avropa Rusiyanı strateji məğlubiyyətə uğratmaq istəyi qarşısında kordur. Bəziləri Ukraynanın məğlubiyyətini qəbul etməli və Rusiyanın məqsədlərinə çatmasına imkan verəcəyi bir vəziyyəti təsəvvür edə bilməz. Aydındır ki, bunlar özlərinin öz problemləridir, onları özləri yaradıblar, daha da pisləşdiriblər və tamamilə çıxılmaz bir hərəkət yolu ilə yapışmağa çalışırlar”.

Rusiya Prezidenti Vladimir Putin Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff və Trampın kürəkəni və müşaviri Cared Kuşner arasında Ukrayna böhranının həlli üçün sülh planının müzakirəsi çərçivəsində dekabrın 2-də keçirilən görüşə toxunan Lavrov, “Amerika tərəfinin Moskvaya səfəri zamanı təklifləri ilə bağlı müzakirələr davam edib”,-deyib.

Avropa ölkələrinin Rusiyanın onlara qarşı müharibə aparmağa hazırlaşdığına dair tez-tez iddialarına gəlincə, Rusiya xarici işlər naziri "Bizim belə bir məqsədimiz yoxdur. Bununla belə, Ukraynaya Avropa hərbi birləşmələrinin yerləşdirilməsi və Rusiya aktivlərinin milliləşdirilməsi kimi bizə qarşı atılan istənilən düşmən addımlara cavab verəcəyik",-deyib.

Mənbə: En Son Haber

Tərcümə etdi: Banuçiçək Qurbanova

Paylaş
Şərh əlavə et