ABŞ prezidenti Donald Tramp Pensilvaniyada keçirdiyi mitinqdə qiymətlərin çox sürətlə aşağı düşdüyünü bildirib və ölkəni “yenidən əlçatan etmək” prioriteti olduğunu vurğulayıb. Onun sözlərinə görə, benzin və yumurta kimi məhsullar ucuzlaşıb.

Lakin digər ərzaq və xidmətlərin bahalaşması ölkədə narazılığı artırıb. Demokratlar Trampın iqtisadi zəifliklərini son seçkilərdə siyasi üstünlüyə çevirərək respublikaçılara təzyiq göstərib. Bu isə 2025-ci il seçkiləri ərəfəsində partiya daxilində narahatlığa səbəb olub. Tramp isə ittihamları “Demokrat hoax” adlandıraraq tarifləri özünün əsas təsirli aləti kimi təqdim edib.
İşini itirən minlərlə amerikalı artan ərzaq və yaşayış xərclərindən şikayət edərək hökumətin onları “dinləmədiyini” deyib. İnflyasiyanın 3%-də qalması, son beş ildə qiymətlərin 25% yüksəlməsi və istehlakçı etimadının azalması ölkədə iqtisadi vəziyyəti daha da mürəkkəbləşdirib.
Buna baxmayaraq, Trampın tərəfdarlarının bir qismi yüksək xərclərə baxmayaraq ona dəstəklərini davam etdirir. Onlar tariflərin, sərhəd siyasətlərinin və “America First” yanaşmasının ABŞ-ni gücləndirdiyini düşünür.
Mənbə: BBC
Tərcümə etdi: Zəhra Əliyeva
