Oyun sənayesinin ən nüfuzlu tədbirlərindən biri sayılan The Game Awards 2025 sabah, 11 dekabr Los-Ancelesdəki Peacock Teatrında keçiriləcək.
Mərasim dünyanın müxtəlif ölkələrində milyonlarla tamaşaçı üçün YouTube, Twitch, Facebook, İnstaqram, TikTok, X və Steam platformalarında canlı yayımlanacaq. Gecə ərzində həm yeni oyun anonsları təqdim olunacaq, həm də ilin ən yaxşı oyunları müxtəlif kateqoriyalar üzrə mükafatlandırılacaq.
Bu il üçün namizədlər siyahısı artıq açıqlanıb və bir çox layihələr “İlin Oyunu” da daxil olmaqla əsas kateqoriyalarda ciddi rəqabət aparır. Qaliblər 90 faiz jüri səsi və 10 faiz ictimai səsvermə əsasında müəyyən ediləcəklər.
Tədbirin aparıcısı Ceff Kieli bildirib ki, 2025-ci il buraxılışı “oyun sənayesi üçün innovasiya və həyəcanın zirvə nöqtəsi olacaq”.
Mənbə: Economictimes.com
Tərcümə etdi: Aylin Bayraməliyeva
