Bu gün:

Avstraliyada sosial şəbəkə qadağası


Avstraliya 16 yaşdan kiçik uşaqlar üçün sosial şəbəkələri qadağan edən ilk ölkə olub. Yeni qanuna əsasən, TikTok, YouTube, İnstaqram və Facebook kimi platformalara uşaqların girişinə çərşənbə günü gecə yarısından (GMT ilə saat 13:00) etibarən məhdudiyyət qoyulub.

Ən böyük 10 platformaya göstəriş verilib ki, bu yaş qrupunu blok etsinlər, əks halda 49.5 milyon Avstraliya dollarına (33 milyon ABŞ dolları) qədər cərimə ilə üzləşəcəklər. Qanun texnologiya şirkətləri və söz azadlığı müdafiəçiləri tərəfindən tənqid edilsə də, valideynlər və uşaq hüquqları müdafiəçiləri tərəfindən alqışlanıb.

Baş nazir Entoni Albanese Sky News Australia vasitəsilə məktəblərdə yayımlanacaq video müraciətində bildirib ki, bu addım gənclərin rifahı və sosial medianın təzyiqindən qorunması üçün atılıb. O, məktəb tətilini telefona baxmaq əvəzinə idman, musiqi aləti və ya kitab oxumaqla faydalı istifadə etməyə çağırıb.

“Ən önəmlisi, dostlarınız və ailənizlə üz-üzə vaxt keçirin,” - deyə o əlavə edib.

Mənbə: Reuters 

Tərcümə etdi: Mələk Nəsirli

Paylaş
Şərh əlavə et