Bu gün:

"Thailand Biennale Phuket 2025" festivalı


Taylandın Puket şəhərində təşkil olunan "Thailand Biennale Phuket 2025" bu gün rəsmi olaraq açılıb. Dekabrın 9-dan etibarən ziyarətçiləri qəbul edən beynəlxalq incəsənət festivalı 2026-cı ilin aprel ayına qədər davam edəcək.

Bu sərgi çərçivəsində dünyanın müxtəlif ölkələrindən gəlmiş rəssamların əsərləri nümayiş olunur. Sərgidə müasir rəsm, instalyasiya, multimedia layihələri və xüsusi formatda hazırlanmış sənət nümunələri təqdim edilir. Təşkilatçıların sözlərinə görə, tədbir Taylandın və bütövlükdə Asiya regionunun incəsənət səhnəsində mühüm rol oynayacaq.

Festivalın proqramı sərgilərlə məhdudlaşmır. Buraya panel müzakirələri, yaradıcılıq atelyeləri, sənətçilərlə görüşlər və mədəniyyətlərarası mübadilə tədbirləri də daxildir. Bu fəaliyyətlər yaradıcı sənayelərin inkişafına dəstək verməyi və beynəlxalq əməkdaşlığı genişləndirməyi hədəfləyir.

"Thailand Biennale Phuket 2025" həm yerli, həm də xarici ziyarətçilər üçün geniş miqyaslı incəsənət platforması hesab olunur və regionda mədəni dinamizmi artıracağı gözlənilir.

Mənbə: tatnews

Tərcümə etdi: Zəhra Məlikova 

Paylaş
Şərh əlavə et