Mançester Yunaytedin sabiq hücumçusu Ueyn Runi bildirib ki, Liverpulun hücumçusu Məhəmməd Salah son davranışları ilə klubdakı mirasını məhv edir.

Misirli futbolçu son üç oyuna start heyətində çıxmayıb və Liç Yunaytedlə 3:3 hesablı heç-heçə ilə nəticələnən matçdan sonra klub və baş məşqçi Arne Slota sərt reaksiya verib. Salah komandanın zəif çıxışına görə günah keçisinə çevrildiyini deyib.
2024-cü ilin aprelində iki illik yeni müqavilə imzalayan və 8 illik karyerası ərzində 250 qol vuraraq iki Premyer Liqa titulu qazanan Salah bu mövsüm cəmi 5 qola imza atıb.
“Bu hərəkətləri ilə o, Liverpulda qurduğu irsi məhv edir. Bu, çox üzücüdür. O, hər şeyi səhv istiqamətdə aparır,” - deyə Runi öz podkastında bildirib.
Mənbə: Reuters
Tərcümə etdi: Mələk Nəsirli
