Macarıstanın baş naziri Viktor Orban Rusiya-Ukrayna müharibəsini sona çatdırmaq üçün göstərilən səylərlə bağlı, "Türklər də bizim kimidirlər. Onlar da bilirlər ki, müharibənin ancaq uduzanları olur. Ona görə də iki ölkə (Türkiyə və Macarıstan) sülhü təşviq etmək üçün əməkdaşlıq edirlər".

Türkiyə ilə hər il "ən mühüm məsələləri" nəzərdən keçirdiklərini bildirən Orban hazırkı danışıqların dörd əsas bəndinin iqtisadiyyat, miqrasiya, Ukrayna müharibəsi və enerji məsələsi olduğunu qeyd edib.
Orban qeyd edib ki, Türkiyə ilə birgə hökumət iclasına bərabər olan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasları hər il keçirilir. O, izah edib ki, bu görüşlər prezident Rəcəb Tayyib Ərdoğana “iki dost” kimi bir neçə saatlıq Avropa və Avrasiyadakı vəziyyəti müzakirə etmək imkanı verir.
Macarıstanın Baş naziri Orban, "Biz bu müntəzəm görüşlərə başladığımız zaman iki ölkə arasında ticarəti 2-2,5 milyard avrodan ikiqat artırmağı qarşımıza məqsəd qoyduq və indi 4,5-5 milyard avroya çatdıq. Macarıstan iqtisadiyyatında türklər öz yerini aldı, Macarıstanın Türkiyə iqtisadiyyatında varlığı da artıb",-deyib.
Daha ucuz rus qazının Macarıstana yalnız “Türk axını” vasitəsilə çatdığına diqqət çəkən Orban, Ukraynadakı müharibənin bu kəmərin əhəmiyyətini artırdığını qeyd edib. Orban vurğulayıb ki, son 4 ildə təkcə Türkiyə Ukrayna taxılının Afrikaya çatdırılması kimi bir neçə mühüm müqavilə bağlaya bilib.
Mənbə: TRT haber
Tərcümə etdi: Banuçiçək Qurbanova
