Bu gün:

Jeremy Bowen: Əsədlərin amansız yükü olmadan Suriya daha yüngül görünür


Bir il əvvəl Prezident Bəşər Əsədin qalib gəldiyi düşünülən müharibə tamamilə dəyişdi.

İdlibdən – Türkiyə sərhədində yerləşən Suriyanın bir vilayətindən çıxan bir üsyançı qüvvə sürətlə Dəməşqə doğru irəliləməyə başlayıb. Bu qüvvəyə Əbu Məhəmməd əl-Colani adı ilə tanınan və qruplaşması Heyət Tahrir əş-Şam (HTŞ) olan bir komandan rəhbərlik edirdi.

“Colani” onun gizli adı idi və 1967-ci ildə İsrail tərəfindən işğal olunduqdan sonra ilhaq edilən Colan təpələrindəki ailə köklərini əks etdirirdi. Onun əsl adı isə Əhməd Əl-Şaraa idi.

Bir il sonra o artıq müvəqqəti prezidentdir və Bəşər Əsəd Rusiyada “qızıl kafesdə” sürgün həyatı yaşayır.

Suriya hələ də viranədir. Son 10 gündə ziyarət etdiyim hər bir şəhər və kənddə insanlar müharibədən darmadağın olmuş, yalnız skelet kimi qalmış binalarda yaşayırdılar. Amma bütün bu problemlərə baxmayaraq, yeni Suriyada Əsədlərin ağır və zalım yükü olmadığı üçün hava daha yüngül görünür.

Şaraa xaricdə evdə olduğundan daha asan irəliləyişi əldə edib. O, Səudiyyə Ərəbistanı və Qərbi inandırıb ki, Suriyanın sabit gələcəyi üçün ən yaxşı şans məhz odur.

May ayında Səudiyyə Ərəbistanının vəliəhdi Şaraa ilə ABŞ prezidenti Donald Tramp arasında qısa görüş təşkil etdi. Görüşdən sonra Tramp onu “cavan, cəlbedici və sərt bir oğlan” adlandırdı.

Ölkə daxilində isə suriyalılar onun zəif tərəflərini və Suriyanın qarşısında duran problemləri xaricilərə nisbətən daha yaxşı bilirlər. Şaraanın hakimiyyəti şimal-şərqə – kürdlərin nəzarətində olan ərazilərə – və cənubun bəzi hissələrinə şamil edilmir. Həmin bölgələrdəki druzlar – başqa bir azlıq dini qrup – İsrail müttəfiqlərinin dəstəyi ilə ayrıca dövlət tələb edirlər.

Sahil bölgəsində isə Əsədin mənsubları olan Ələvilər mart ayında baş verən qırğınların təkrarlanacağından qorxurlar.

Mənbə: BBC 

Tərcümə etdi: Nuray Ədilzadə 

Paylaş
Şərh əlavə et