Şahzadə Marqaretin həyatında ən böyük və qadağan olunmuş məhəbbət onun hərbçi Piter Taunsendə olan sevgisi olub. 1955-ci ildə bu münasibət bütün Britaniyada böyük rezonans doğurub. Cəmiyyət onu ya sevgi, ya da kral titulu arasında seçim etməyə məcbur qalan bir qadın kimi tanıyıb.
Piter Taunsend İkinci Dünya müharibəsinin qəhrəmanı olsa da, boşanmış kişi olması kral ailəsi üçün ciddi maneə sayılıb. Marqaret onunla evlənsəydi, taxt-tac hüququndan, maddi təminatından və kral titulundan imtina etməli olacaqdı. Sonradan açıqlanan məxfi sənədlər isə onun tam hüquqlarını itirmədən də evlənə biləcəyini göstərib. Nəticədə, şahzadə Marqaret sevgi uğrunda riskə getməkdən imtina edib və nişanı ləğv edib. Taunsend başqa bir qadınla evlənib, Marqaret isə sonradan fərqli bir ailə həyatı qurub. Bu sevgi hekayəsi kraliyyət qaydaları ilə şəxsi hisslərin toqquşmasının ən kədərli nümunələrindən biri kimi tarixə düşüb.
Mənbə: BBC NEWS
Tərcümə etdi: Fidan Mənsimova
