Bu gün:

Netanyahu: “İkinci mərhələyə hazırıq”


İsrail Baş naziri Benyamin Netanyahu bu ayın sonunda ABŞ Prezidenti Donald Trampla görüşəcəyini açıqlayaraq, “İkinci mərhələyə hazırıq” deyib.

Netanyahu İsrailə səfər edən Almaniya kansleri Fridrix Merzlə birgə mətbuat konfransı keçirib. O, Qəzzada ilkin məqsədlərə çatdıqlarını və növbəti mərhələdə HƏMAS-ın tərksilah edilməsini hədəflədiklərini bildirib.

Baş nazir ayın sonunda Tramp ilə keçirəcəyi görüşün sülh prosesinə təsirindən danışaraq bildirib: “İnanırıq ki, bu, ərəb ölkələri və fələstinli qonşularımızla işlək sülhə aparan bir yoldur”.

“İkinci mərhələ”yə hazırlıq

Netanyahu, həmçinin Trampın Qəzza planının ikinci mərhələsinə hazır olduqlarını vurğulayaraq deyib: “Ayın sonunda ikinci mərhələyə necə nail olmaq barədə çox vacib danışıqlar aparacağam. Trampın planının birinci mərhələsinin tamamlanmasına yaxınlaşırıq”.

Almaniya kansleri Fridrix Merz isə Berlinin iki dövlətli həll yoluna sadiq olduğunu qeyd edib və Fələstin dövlətinin tanınmasının sülh prosesinin əvvəlində deyil, sonunda mümkün ola biləcəyini bildirib. O, Qəzzadakı atəşkəs razılaşmasına toxunaraq deyib: “HƏMAS Qəzzada rol oynaya bilməz və İsrail üçün təhlükə yarada bilməz. Trampın vasitəçiliyi ilə sülh razılaşması imzalandı və planın ikinci mərhələsi icra olunmalıdır. Davamlı sülh mümkündür. Fələstin dövləti və iki dövlətli həll yolu yalnız danışıqlar yolu ilə əldə edilə bilər”.

https://www.sozcu.com.tr/netanyahu-ikinci-asamaya-haziriz-p268295

Mənbə: Sözcü 

Tərcümə etdi: Piranə Xasiyeva 

Paylaş
Şərh əlavə et