Bu gün:

Benində dövlət çevrilişi cəhdi uğursuz olub


Benin Daxili İşlər nazirinin açıqlamasına görə, dövlət çevrilişi cəhdi  sadiq qoşunlar tərəfindən məğlubiyyətə uğradılıb.

Bazar səhəri tezliklə bir qrup hərbçi dövlət televiziyasında görünərək konstitusiyanı dayandırdıqlarını və Prezident Patris Talonu devirdiklərini elan ediblər. Bu çıxışa Podpolkovnik Paskal Tiqri rəhbərlik edib.

Lakin qısa müddət sonra Daxili İşlər Naziri dövlət televiziyasında çıxış edərək, dövlət çevrilişi cəhdinin qarşısının alındığını bildirib.

Hadisələr zamanı Benin paytaxtı və hökumətin yerləşdiyi Kotonu şəhərində, prezidentin iqamətgahı yaxınlığında atışma səsləri eşidilib. Fransa səfirliyinin sosial şəbəkə paylaşımları da bu barədə məlumat yayıb.

Şahidlər BBC-yə bildirib ki, atışma səsləri eşidiblər və dövlət televiziyasında çalışan bir neçə jurnalist girov götürülüb. Daha sonra bir prezident məsləhətçisi BBC-yə açıqlayıb ki, prezident sağ-salamatdır və Fransa səfirliyindədir.

Mənbə: BBC news

Tərcümə etdi: Fidan Ağayeva

Paylaş
Şərh əlavə et