Macarıstanın baş naziri Orban və yüksək səviyyəli nümayəndə heyəti prezident Ərdoğanın dəvəti ilə sabah Türkiyəyə səfər edəcək.

Prezidentin kommunikasiya direktoru Burhanəddin Duran Macarıstanın Baş naziri Orban və onu müşayiət edən yüksək səviyyəli heyətin prezident Ərdoğanın dəvəti ilə Türkiyəyə səfər edəcəyini açıqlayıb və Türkiyə ilə Macarıstan arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 7-ci iclasının keçiriləcəyini açıqlayıb.
Duran bildirib:
“Genişləndirilən strateji tərəfdaşlıq səviyyəsində əlaqələrin bütün aspektləri üzrə qiymətləndiriləcəyi səfər zamanı aktual regional və qlobal problemlər ətrafında da hərtərəfli fikir mübadiləsi aparılacaq. Bundan başqa, ikitərəfli münasibətlərin müqavilə bazasının möhkəmləndirilməsi üçün müxtəlif sazişlərin imzalanması nəzərdə tutulur”.
Mənbə: Habertürk
Tərcümə etdi: Banuçiçək Qurbanova
