Benində bu gün siyasi böhran kəskinləşib.
Ölkənin dövlət televiziyası vasitəsilə yayımlanan bəyanatda ordu hökumətin devrildiyini və bütün dövlət qurumlarının fəaliyyətinin dayandırıldığını açıqlayıb. Hərbçilər təhlükəsizlik və idarəçilik boşluğunu əsas göstərərək ölkədə idarəçiliyi müvəqqəti olaraq öz üzərlərinə götürdüklərini bildiriblər.
Bəyanat, həmçinin yeni qaydaların yaxın günlərdə elan olunacağını vurğulayıb. Hazırkı hökumət üzvlərinin harada olduğu barədə məlumat paylaşılmayıb. Beynəlxalq təşkilatlar hadisəni “dərin narahatlıqla” izlədiklərini açıqlayıblar və Benində vəziyyətin gərgin olaraq qaldığı bildirilir.
Mənbə: Aljazeera.com
Tərcümə etdi: Aylin Bayraməliyeva
