Bu gün:

Tramp Əliyev və Paşinyana təşəkkür edib


ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevə və Ermənistanın Baş naziri Nikol Paşinyana Trampın Nobel Sülh Mükafatına birgə namizəd göstərilməsinə görə təşəkkür edib.

Azərbaycan Prezident Administrasiyasının məlumatına görə, Donald Tramp bununla bağlı Prezident İlham Əliyevə məktub göndərib.

Məktubda Tramp bildirir: “Sizə və Baş nazir Paşinyana Nobel Sülh Mükafatına birgə namizəd göstərildiyiniz üçün təşəkkür edirəm. Bu şərəfə görə dərin minnətdarlığımı bildirirəm. Bu, bizi vacib missiyamızı davam etdirməyə ruhlandırır.”

Tramp əlavə edib ki, ABŞ Prezidenti olaraq dünya üzrə münaqişələrin aradan qaldırılması və sülhün bərqərar olması istiqamətində səylərini davam etdirəcək: “Sizin davamlı tərəfdaşlığınızla biz qeyri-mümkün görünənə nail olacağıq.”

Xatırladaq ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin mətni 8 avqustda Ağ Evdə keçirilən üçtərəfli sammitdə paraflanıb. Sammitə Prezident İlham Əliyev, Baş nazir Nikol Paşinyan və ABŞ Prezidenti Donald Tramp ev sahibliyi edib. Mərasim zamanı iki lider Trampın Nobel Sülh Mükafatına namizədliyini dəstəklədiklərini açıqlayıblar.

 https://share.google/12JDFKGZUIdo1CZJv

Mənbə: Sözcü 

Tərcümə etdi: Piranə Xasiyeva 

Paylaş
Şərh əlavə et