Bu gün:

Real Madrid Celta ilə oyundan öncə son məşqini keçib


La Liqanın 15-ci turunda “Real Madrid” bazar günü (saat 23:00, Bakı vaxtı) “Selta”nı qəbul edəcək. Görüş öncəsi komanda “Real Madrid Siti”də son məşqini keçib.

Məşq video sessiya ilə başlayıb, daha sonra oyunçular qrup halında isinmə hərəkətləri edib. Meydanda ötürmə, “rondo” və kombinasiyalar üzərində çalışılıb. Sonra qapıya zərbə çalışmaları yerinə yetirilib və məşq 9-a-9 mini oyunlarla başa çatıb. 

Alaba, Huyssen, Mendi, Karvaxal və Trent bərpa proseslərini davam etdiriblər.

Mənbə: Real Madrid 

Tərcümə etdi: Mələk Nəsirli

Paylaş
Şərh əlavə et