"Betonmobile" xəbər verir ki, qrup mərhələsinin püşkatma mərasimindən sonra 2026-cı il dünya çempionatının qalibi olmaq üçün favorit müəyyənləşdirilib.

İspaniya bukmeker kontorlarının qalib gəlmək üçün əsas favoritləri olub. Hazırkı Avropa çempionları müvafiq olaraq ikinci və üçüncü yerləri tutan İngiltərəni (7,00) və Fransanı (7,00) qabaqlayaraq 5,80 əmsalla reytinq cədvəlinə başçılıq ediblər. İlk beşliyə Braziliya (8,50) və Argentina (8,50) da düşüb.
Püşkatma nəticəsində İspaniya H qrupunda Kabo-Verde, Səudiyyə Ərəbistanı və Uruqvaydan olan rəqiblərlə yer alıb və bukmeker kontorları onları əlverişli seçim hesab edib. Fransa Seneqal , Norveç və pley-offun qalibi ( Boliviya / Surinam / İraq ) ilə I qrupuna düşüb.
Onu da qeyd edək ki, 2026-cı il dünya çempionatına ABŞ, Meksika və Kanada ev sahibliyi edəcək. Turnir iyunun 11-dən iyulun 19-dək üç ölkənin 16 şəhərində keçiriləcək.
Mənbə: Lenta.RU
Tərcümə etdi: Zeynəb Şahmarova
