Bu gün:

London Qülləsinə hücumla bağlı dörd nəfər həbs edilib


London Qülləsindəki Dövlət Tacının bir hissəsinin saxlandığı vitrinin üzərinə kustard və alma piroqu (crumble) atıldıqdan sonra dörd nəfər həbs edilib.

Polisə hadisə barədə şənbə günü, GMT vaxtı ilə saat 10:00-a az qalmış məlumat verilib. Məhz bu vaxt İmperiya Dövlət Tacının saxlandığı vitrinin üzərinə hücum edildiyi bildirilib.

Metropoliten Polisi dörd şəxsin qəsdən ziyan vurma şübhəsi ilə saxlanıldığını və hadisə ilə bağlı istintaq aparıldığı üçün Qüllənin “Jewel House” bölməsinin ictimaiyyət üçün bağlandığını açıqlayıb.

Hadisəyə görə məsuliyyəti öz üzərinə Take Back Power (“Hakimiyyəti Geri Alın”) adlı, özünü qeyri-zorakı vətəndaş itaətsizliyi qrupu kimi təqdim edən təşkilat götürüb.

Qrup hökumətdən “xalq evi” adlandırılan, daimi vətəndaş yığıncağının yaradılmasını – “ekstremal var-dövləti vergiyə cəlb etmək və Britaniyanı düzəltmək səlahiyyətinə” sahib bir qurumun formalaşdırılmasını tələb etdiyini bildirib.

Sosial mediada paylaşılan görüntülərdə etirazçılardan birinin çantasından böyük bir folqa qabında crumble çıxararaq tacın qorunduğu şüşəyə çırpması, digərinin isə parlaq sarı kustardı vitrinin üzərinə tökməsi görünür.

“Demokratiya çöküb”, – etirazçılardan biri qışqırıb. Başqa biri isə: “Britaniya dağılır. Biz buraya millətin zinətlərinə hakimiyyəti geri almağa gəldik”, – deyə əlavə edib.

Hadisə zamanı ətrafdakı turistlərin təəccüblə reaksiyası və Tower of London əməkdaşının radiosuna danışması da görüntülərə düşüb.

Bu, qrupun son bir neçə gün ərzində üzərinə götürdüyü ikinci aksiya olub.

Çərşənbə günü isə üç etirazçı Ritz otelinin 25 futluq Milad ağacının altında yerləşən foyesinə küflərlə dolu çantaları boşaldıb.

Mənbə: BBC 

Tərcümə etdi: Nuray Ədilzadə

Paylaş
Şərh əlavə et