Bu gün:

2026 püşkatması: ABŞ-nin rəqibləri bəlli oldu


ABŞ milli komandası 2026-cı il FIFA Dünya Kubokunun püşkatması nəticəsində Avstraliya və Paraqvay yığmaları ilə eyni qrupa düşüb. Qrupun dördüncü komandası isə Avropa play-off mərhələsinin qalibi olacaq.

Püşkatma 5 dekabr 2025-ci il tarixində Vaşinqton şəhərində, John F. Kennedy Center for the Performing Arts-da keçirilib. Tədbirdə turnirin yeni formatı, rəqiblər və mümkün oyun yerləri elan edilib.

Püşkatmanın nəticələrinə əsasən, ABŞ milli komandasının qrup oyunlarının Los-Anceles və Sietlda keçirilməsi nəzərdə tutulur. Bu qarşılaşmalar ölkənin həm futbol ictimaiyyəti, həm də azarkeşləri tərəfindən böyük maraqla gözlənilir.

Mənbə: Theguardian.com

Tərcümə etdi: Aylin Bayraməliyeva

Paylaş
Şərh əlavə et