Bu gün:

İncəsənət tarixindəki böyük rəqabətlər


Qədim Yunanıstandan başlayaraq rəssamlar arasında rəqabət incəsənət tarixinin formalaşmasında mühüm rol oynayıb. Zeuxis və Parrhasiusdan tutmuş Turner və Constable-a qədər bu qarşıdurmalar sənətin inkişafına təkan verib. Hər dövrdə rəqiblər bir-birini geridə qoymağa çalışsa da, bu proses yaradıcı gücün daha da artmasına səbəb olub.

Turner və Constable arasında olan gərgin rəqabət 19-cu əsr Britaniya incəsənətinin ən diqqətçəkən hadisələrindən biri hesab olunub. Həmçinin Leonardo ilə Mikelancelo, Titianla Tintoretto, eləcə də Van Qoqla Qaqen kimi tanınmış rəssamların qarşıdurmaları onların əsərlərinə yeni təsəvvür və güc gətirib. Bəzi hallarda rəqabət ziddiyyət yaratsa da, çox vaxt sənətkarları daha yaradıcı, cəsarətli və iddialı olmağa sövq edib. İncəsənət tarixindəki böyük rəqabətlər göstərir ki, bəzən mübahisə və qarşıdurma sənət üçün mühüm stimul yaradır. Rəssamlar arasındakı bu çəkişmələr təkcə şəxsi qalibiyyət deyil, eyni zamanda sənətin yeni istiqamətlərə inkişafına səbəb olub. Bu gün həmin rəqabətlərin qalıcı izləri klassik əsərlərdə öz əksini tapıb.

Mənbə: BBC News                                                                     

Tərcümə etdi: Fidan Mənsimova

Paylaş
Şərh əlavə et