Bu gün:

Toyota GR GT və GR GT3 – yeni nəsil idman modelləri təqdim edilib


Toyota Gazoo Racing 5 dekabr 2025-də iki yeni performans avtomobilini – GR GT və GR GT3 modellərini təqdim edib.

Təqdimat avtomobil sektorunda böyük maraq doğurub.

GR GT yol üçün nəzərdə tutulmuş superkardır. O, 4,0 litrlik twin-turbo V8 mühərrik və hibrid sistemlə təchiz edilir. Toyota ümumi gücün 650 at gücündən, fırlanma anının isə 850 Nm-dən çox olacağını bildirir. Model ön mühərrikli, arxa ötürücülü quruluşa sahibdir və idman yönümlü aerodinamik dizaynla hazırlanıb.

GR GT3 isə tamamilə yarış məqsədi ilə istehsal olunan versiyadır. FIA GT3 standartlarına uyğunlaşdırılan model yüngül şassi, geniş aerodinamik paket və yarış üçün tənzimlənmiş asqı sistemi ilə fərqlənir.

Toyota-nın sözlərinə görə, hər iki model şirkətin 2000GT və LFA kimi tarixi idman avtomobillərinin xəttini müasir texnologiya ilə davam etdirməyi hədəfləyir. Satış tarixlərinin yaxın aylarda açıqlanacağı gözlənilir.

Mənbə: Global.toyota

Tərcümə etdi: Aylin Bayraməliyeva

Paylaş
Şərh əlavə et