SoftBank qrupuna məxsus britaniyalı yarımkeçirici dizayn şirkəti "Arm" yaxın illərdə Cənubi Koreyada çip dizaynı üzrə ixtisaslaşmış yeni bir mərkəz yaratmağı planlaşdırdığını açıqlayıb. Şirkətin bu addımı Seulun süni intellekt və yarımkeçirici sənayesini gücləndirmək strategiyasına uyğun şəkildə qiymətləndirilir.

Yeni təşəbbüs barədə məlumat Cənubi Koreyanın sənaye naziri ilə keçirilən görüşdən sonra təsdiqlənib. Mərkəzin yaradılması ölkədə yüksək ixtisaslı çip mühəndislərinin hazırlanmasına, yerli startapların dəstəklənməsinə və texnoloji mühitin genişlənməsinə töhfə verəcək.
"Arm"ın yeni layihəsinin həm regionda rəqabəti artıracağı, həm də qlobal çip istehsalı zəncirində Cənubi Koreyanın rolunu gücləndirəcəyi gözlənilir.
Mənbə: Reuters
Tərcümə etdi: Zəhra Məlikova
