Bu gün:

Vladimir Putin Donbas ərazisinin gələcək taleyi ilə bağlı açıqlama verib


Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Ukrayna qoşunları Donbasdan geri çəkilməsə Rusiya bu əraziləri “güc tətbiq edərək” ələ keçirəcək. O, Danbasın təxminən 85%-nin artıq Moskvanın nəzarətində olduğunu vurğulayıb. 

Putinin açıqlaması Trampın nümayəndələrinin Moskva ilə apardığı danışıqlardan sonra gəlib. Kremlin sözlərinə görə, ABŞ tərəfinin təqdim etdiyi sülh planının bir çox bəndləri Rusiya üçün qəbuledilməzdir və görüşlər “kompromissiz” başa çatıb. Rusiya tərəfi danışıqlardakı mövqelərinin cəbhə xəttindəki son irəliləyişlərlə gücləndiyini iddia edib.


Ukrayna isə Rusiyanı vaxtı uzadaraq daha çox ərazi ələ keçirməyə çalışmaqda günahlandırıb. Avropa liderləri də ABŞ-nin sülh təşəbbüsü ilə bağlı narahat olduqlarını bildirib və Zelenskini ehtiyatlı olmağa çağırıblar.


Ağ Ev danışıqların davam etdiyini, məqsədin “dayanıqlı və uzunmüddətli sülh” əldə etmək olduğunu bəyan edib. Rusiya son həftələr cənub-şərq cəbhəsində tədricən irəliləyir, baxmayaraq ki, döyüşlər ağır itkilərlə müşayiət olunub.


Mənbə: BBC

Tərcümə etdi: Zəhra Əliyeva



Paylaş
Şərh əlavə et