Bu gün:

Avstraliya 16 yaşdan aşağılar üçün sosial media qadağasını tətbiq edib


"eSafety"-nin sədri Julie Inman Grant bildirib ki, 16 yaşdan aşağılar üçün sosial media qadağası qərarı “Böyük Texnologiya”nın qüvvəsinə nəzarət üçün dünya üzrə nümunə ola bilər.2025-ci il dekabrın 10-da qüvvəyə minəcək qanuna uyğun olaraq, Meta-ya məxsus Facebook, Instagram və Threads kimi platformalar artıq 16 yaşdan kiçik istifadəçilərin hesablarını bağlamağa başlayıb.

eSafety rəsmisi əvvəllər bu “kəskin metodun” tərəfdarı olmasa da, kiçik yaşlı istifadəçilər arasında sosial medianın psixoloji təsirləri və əvvəlki yumşaq tənzimləmələrin yetərsizliyi üzündən bu addımın vacib olduğunu vurğulayıb. 

Rəqəmlərə görə, hazırda Avstraliyada 16 yaşdan aşağı yeniyetmələrin təxminən 96 faizi sosial mediadan istifadə edir, bu isə milyona yaxın insana təsir edir. 

Mənbə: Reuters.com

Tərcümə etdi: Aylin Bayraməliyeva



Paylaş
Şərh əlavə et