Bu gün:

"Sonic boom" nədir?


Sonic bumlar səs dalğası mənbəyinin səs sürətində və ya ondan daha sürətli hərəkət etməsi nəticəsində yaranan yüksək səs partlayışlarıdır.

Bir neçə gün əvvəl Vaşinqtonda güclü partlayış az qala zəlzələ kimi səsləndi. Verilən açıqlamalarda partlayış səsinin F-16 təyyarəsinin hava hücumundan müdafiə təlimləri zamanı səsdən yüksək sürətlə uçması nəticəsində yaranan səs bumundan qaynaqlandığı bildirilib. Beləliklə, səs bumu nədir və bumun təsiri niyə bu qədər böyükdür?

Təyyarələr havada hərəkət edərkən bütün istiqamətlərdə yayılan təzyiq dalğaları, yəni səs dalğaları yaradır. Bu vəziyyəti dənizdə hərəkət edən və suda dalğalar yaradan bir gəmiyə bənzədə bilərik.

Səs dalğaları hərəkət edən cismin təsiri altında mühitdəki hissəciklərin irəli və geri vibrasiyası nəticəsində əmələ gələn təzyiq dalğalarıdır. Təyyarələr havada hərəkət edərkən ətraflarında yaratdıqları səs dalğalarını səyahət istiqamətində sıxmağa başlayırlar. Təyyarənin sürəti səs sürətindən az olduqda, səs dalğaları təyyarədən daha sürətli hərəkət etdiyi üçün onun önündə yayılır. Təyyarə səs sürətinə çatdıqda səs dalğaları daha sürətli hərəkət edə bilmədiyindən, yəni səs sürətini keçə bilmədiyindən yığılmağa başlayır və səs baryeri adlanan maneə əmələ gətirir. Təyyarə bu maneəni aşdıqda, yəni səs sürətini aşdıqda səsdən yüksək sürətə çatır.

Səs sürəti ilə hərəkət edən bir təyyarənin yaratdığı təzyiq dalğalarının dəyişməsi

Səs bumu-Səs dalğası mənbəyinin səs sürəti ilə və ya ondan daha sürətlə hərəkət etməsi nəticəsində yaranan ildırım kimi yüksək səs partlayışıdır. Səs maneəsi təyyarənin ətrafında səs sürətini aşan bulud kimi bir görüntü yaradır. Bu konus şəklinə Mach konus deyilir.

Dalğaya çatan qəbuledici arasındakı məsafənin artması və ya azalması nəticəsində dalğa uzunluğunda qəbul edilən dəyişiklikdir. Məsələn, polis avtomobillərindəki sireni dalğanın mənbəyi, özümüzü isə dalğanın qəbuledicisi kimi düşünək. Nəqliyyat vasitəsi bizə yaxınlaşıb bizdən uzaqlaşdıqca siren səsini fərqli tonlarda qəbul edirik. Buna Doppler effekti deyilir.

Səsin sürəti müəyyən bir zamanda səs dalğalarının qət etdiyi məsafə kimi müəyyən edilir. Səs müxtəlif mühitlərdə müxtəlif sürətlə yayılır. Havada səsin sürəti saatda təxminən 1200 kilometrdir. Səsdən sürətli təyyarələrdən gələn səs bumları ətrafdakı bəzi strukturlara zərər verəcək qədər güclü ola bilər.

Mənbə: Bilim Genç Tübitak

Tərcümə etdi: Aydan Qasımova

Paylaş
Şərh əlavə et