Bu gün:

Böyük Britaniya və Norveç Rus sualtı qayıqlarını izləmək üçün dəniz alyansı qurur


Böyük Britaniya və Norveç Şimali Atlantikdə Rusiya sualtı qayıqlarını izləmək üçün birgə donanma idarə etmələrini nəzərdə tutan müdafiə paktı imzalayıblar.

Bu razılaşma dənizaltı kabelləri qorumaq üçün nəzərdə tutulub – Britaniya rəsmilərinin sözlərinə görə, həmin kabellər Moskvanın artan təhdidi altındadır. Son iki ildə Britaniya sularında müşahidə edilən Rusiya gəmilərinin sayında 30% artım qeydə alınıb, bunu Müdafiə Nazirliyi açıqlayıb.

Razılaşmaya əsasən, NATO üzvü olan bu iki ölkənin donanmaları Britaniya istehsalı olan Type-26 freqatlarından ibarət bir donanmanı idarə edəcək.

Böyük Britaniyanın Baş naziri Keir Starmer bu razılaşmanı “tarixi” adlandırıb və bildirib ki, bu addım ölkənin kritik infrastrukturu qorumaq qabiliyyətini gücləndirir.


Mənbə: BBC News

Tərcümə etdi: Nərmin Nəcəfova



Paylaş
Şərh əlavə et