Rusiya Prezidenti Vladimir Putin iki günlük Hindistana səfərə gedib və Baş nazir Narendra Modi tərəfindən səmimi şəkildə qarşılanıb. Səfər zamanı iki ölkə arasında yeni ticarət və əməkdaşlıq sənədlərinin imzalanacağı gözlənilir.

Hindistan dünyanın ən sürətlə böyüyən iqtisadi ölkəsidir və 1,5 milyardlıq əhalisi ilə Rusiya üçün mühüm bazardır. Ukrayna müharibəsindən əvvəl Hindistanın neft idxalında Rusiyanın payı 2,5% idisə, sanksiya endirimləri sayəsində bu rəqəm 35%-ə qalxıb. ABŞ buna narazılıq göstərərək Hindistan mallarına əlavə 25% rüsum tətbiq edib.
Moskva üçün Hindistana silah satışı da prioritetdir. Səfər ərəfəsində Hindistanın Rusiya qırıcıları və hava müdafiə sistemləri almağa hazırlaşdığı bildirilir.
Putinin səfəri həm də geosiyasi mesaj daşıyır: Kreml Qərbin onu təcrid edə bilmədiyini göstərmək istəyir. Hindistan və Çinlə əlaqələr Rusiyanın “multipolyar dünya” iddiasını gücləndirir.
Görüşlərdə əsasən iki ölkə arasında dostluq, ticarət və iqtisadi əməkdaşlığın artırılması müzakirə olunacaq.
Mənbə: BBC
Tərcümə etdi: Nuray Ədilzadə
