Bu gün:

FIFA 2026 Dünya Çempionatının oyun cədvəlini açıqlayacaq


FIFA 2026-cı il Dünya Çempionatının oyun cədvəlini şənbə günü Vaşinqtondan canlı yayımda təqdim edəcək. Bakı vaxtı ilə saat 21:00-da başlayacaq tədbirdə 104 oyunun stadionları və başlama saatları açıqlanacaq.

Tədbirdə FIFA prezidenti Canni İnfantino və keçmiş futbolçular iştirak edəcək. İran püşkatma mərasimini boykot edəcəyini açıqlayıb. Yekun cədvəl 2026-cı ilin martında təsdiqlənəcək. Turnir ABŞ, Kanada və Meksikada keçiriləcək.

Mənbə: Reuters 

Tərcümə etdi: Mələk Nəsirli


Paylaş
Şərh əlavə et