Bu gün:

İngiltərə Premyer Liqasında qol vurmaq üzrə rekorda imza atılıb


"Mançester Siti"-nin norveçli hücumçusu Erlinq Haaland 100 qola çatan ən sürətli oyunçu olub.

Bu, "Vətəndaşlar"ın səfərdə "Fulhem"lə qarşılaşdığı ölkə çempionatının 14-cü turunda baş verib. Hesabı 17-ci dəqiqədə Haaland açıb və Premyer Liqada vurduğu qolların sayını 100-ə çatdırıb. Buna nail olmaq üçün ona 111 matç lazım olub ki, bu da yeni rekorddur.

Qeyd edək ki, ikinci yerdə 125 oyunda Premyer Liqada ilk 100 qolunu vuran keçmiş Nyukasl hücumçusu Alan Şirerdir. Üçüncü yerdə 142 oyunda 100 qolla “Tottenhem”in keçmiş hücumçusu Harri Keyn qərarlaşıb.

Mənbə: Lenta.RU

Tərcümə etdi: Zeynəb Şahmarova

Paylaş
Şərh əlavə et