Bu gün:

Nike, Lacoste və Superdry reklamları “yaşıl yuma” iddialarına görə qadağan edilib


Britaniyanın Reklam Standartları İdarəsi (ASA) Nike, Lacoste və Superdry-nin reklamlarını, paltarlarının ekoloji üstünlüklərini şişirdərək istehlakçıları aldattığı üçün qadağan edib.

Nike tennis köynəklərində “davamlı materiallar”dan istifadə etdiyini, Lacoste uşaq geyimlərini “davamlı və zərif” kimi təqdim etdiyini, Superdry isə məhsullarının “stil və davamlılığı birləşdirən qarderob açdığını” iddia edib.

ASA bildirir ki, ekoloji iddialar açıq, dəqiq və sübuta yetirilmiş olmalıdır. “Davamlı” kimi geniş ifadələr istehlakçını çaşdıra bilər. Qurumun qərarı moda sektorunda “yaşıl yuma” hallarına qarşı tənzimləmə tədbirlərinin fonunda verilib.

Şirkətlər reklamları geri çəkdiklərini və gələcəkdə istifadə etməyəcəklərinə söz veriblər. Lacoste bildirib ki, uşaq kolleksiyasının xammalının ekoloji təsirini 2022-ci ildən bəri 19 faiz azaldıb, Nike isə istehlakçılara aydın məlumat verməyə sadiq olduğunu vurğulayıb.

Mənbə: Fınancıal Times

Tərcümə etdi: Nərmin Məmmədzadə

Paylaş
Şərh əlavə et