Bu gün:

Bitcoin və qlobal istiqraz bazarlarında eniş dayanıb


Qlobal maliyyə bazarlarında bu gün müsbət dinamika müşahidə edilib.

ABŞ və Asiya birjalarında əsas indekslər artıb. Yüksəliş son günlər davam edən bitcoin və qlobal istiqraz bazarlarındakı enişin dayanması ilə əlaqələndirilir.

Reuters-in məlumatına görə, investorlar Federal Ehtiyat Sisteminin mümkün faiz endirimi gözləntiləri fonunda riskli aktivlərə maraqlarını artırıblar. ABŞ-də texnologiya sektorunun bərpası da artımı dəstəkləyib.

Asiya-Sakit Okean regionunda indekslər təxminən 0,3 faiz, Yaponiyanın əsas indeksi isə 0,8 faiz yüksəlib. Bitcoin əvvəlki ucuzlaşmadan sonra sabitləşib və qiymətində cüzi bərpa qeydə alınıb.

Analitiklər bildirirlər ki, bazarlarda müsbət dinamika davam etsə də, faiz siyasəti, inflyasiya və geopolitik proseslər növbəti günlərdə əsas risk amilləri olaraq qalır.

Mənbə: Reuters.com

Tərcümə etdi: Aylin Bayraməliyeva

Paylaş
Şərh əlavə et