"Neftçi" və "Zirə" arasındakı oyun 1:0 "Zirə"-nin qələbəsi ilə başa çatıb.
Matçın əsas vaxtında tərəflərin heç biri hesabı aça bilməyib. Əlavə verilən vaxtda iki paytaxt komandası arasında çəkişməli oyun baş tutub. Nəhayət 116-cı dəqiqədə Junior Martins qol vuraraq "Zirə"-ni Azərbaycan kubokunun 1/4 final mərhələsinə yüksəldib.
Qeyd edək ki, komanda növbəti mərhələdə "Sumqayıt"- "Difai" duelinin qalibi ilə üz-üzə gələcək.
Zeynəb Şahmarova
